Əlaqə Arxiv
news Image
2018.02.20
14:36
| A A A
Masallı Ağsaqqallarının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbiri

Masallı rayon "Ağsaqqallar klubu"nun iclas zalında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri Şura sədri, dövlət qulluğu veteranı, III dərəcəli "Vətənə Xidmətə görə" ordenli, yazıçı – publisist Ələşrəf Niftiyev açaraq qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi Azərbaycanda dövlət səviyyəsində geniş qeyd edilir, 2018-ci il ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.
Ə.Niftiyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə ətraflı məlumat verərək bildirib ki, cəmi 23 ay fəaliyyət göstərən AXC-nin şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmayıb. Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qalaraq Xalq Cümhuriyyətinin yaranması tarixini - 28 May gününü Respublika Günü kimi təntənə ilə qeyd edir.
MƏSQVT Masallı şöbəsinin sədri Məmmədaqa Şiriyev, Milli Qəhrəman, həmyerlimiz Elşad Əhədovun oğlu Elşən Əhədov, Mərkəzi kitabxananın müdiri Əlhəddin Nəzərov, R.Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntuqə Tağıyeva, QMİ-nin cənub üzrə nümayəndəsi Mirqiyas Təhməzov, Şura üzvü Göyçək Ələsgərova, Əməkdar müəllim, "Tərəqqi" medallı Mirqabil Hüseynov, kalinovkalı veteran müəllim Əlisa Qədiyev, Mərkəzi kitabxananın müdiri Əlhəddin Nəzərov və başqaları Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığını diqqətə çatdırıblar. Çıxış edənlər bu bugünkü xoş və firavan günlər üçün ümummilli lider Heydər Əliyev yolunun ləyaqətli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıq ifadə ediblər.
Şura iclasında rayonun kənd, şəhər və qəsəbələr üzrə ərazi ağsaqqallar Şurasının sədr və fəalları iştirak ediblər.
Tədbiri Ələşrəf Niftiyev yekunlaşdırıb.

Əlihüseyn ŞÜKÜROV.

Sizin Reklam Yeriniz