Əlaqə Arxiv
news Image
2018.02.20
15:15
| A A A
"Nardaran işi” üzrə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi” üzrə təqsirləndirilən Əbülfəz Bünyatov və Elxan İsgəndərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Movqe.az-ın məlumatına hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda məhkəmə istintaqının başlaması barədə qərar qəbul edilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. E. İsgəndərov ittihamı qəbul etməyib. Ə. Bünyatov isə hakimin sualına cavab verməyib.

 

Qeyd edək ki, Elxan İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilib. O, 5 noyabr 2015-ci ildə Sabunçu rayon Polis İdarəsinin qarşısında baş verən hadisələr zamanı həbs olunaraq Sabunçu rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs olunub. Sonradan Sabunçu rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu rayon məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub- olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu rayon prokurorluğuna göndərilib.

 

Elxan İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

APA

Sizin Reklam Yeriniz