Sabunçuda sex yanıb
Gündüz saatlarında Bakıda yanğın faktı qeydə alınıb.
Movqe.az-a Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərin Sabunçu rayonunda ümumi sahəsi 500 m2 olan sexin yanar konstruksiyaları 150 m2 sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.