Əlaqə Arxiv
news Image
2018.02.22
13:38
| A A A
I sinfə qəbulla bağlı valideynlərə müraciət - Sistemdə...

Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinfə uşaqların qəbulu ilə bağlı valideynlərə müraciət edib.

İdarədən Trend-ə bildirilib ki, bu gün saat 10:00-dan Bakı şəhəri üzrə I sinfə uşaqların onlayn qeydiyyatı başlayıb.

Valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və yaxud Bakı şəhəri üzrə 52 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinin xidmətlərindən istifadə edə bilərlər:

"Hazırda paytaxtdakı ümumi təhsil məktəblərinin mövcud məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşağın I sinfə qeydiyyatı mektebeqebul.edu.az sistemi tərəfindən avtomatik olaraq aparıldığına və minlərlə valideyn eyni anda övladını qeydiyyatdan keçirmək istədiyinə görə I sinfə uşaqların elektron qeydiyyatı sistemində müəyyən ləngimələr müşahidə oluna bilər. Uşaqların I sinfə elektron qeydiyyatı prosesinin Bakı şəhərində fevralın 22-dən sentyabrın 15-nə qədər olan müddətdə davam etdiyini nəzərə alaraq, qarşıda kifayət qədər müddət olduğu üçün valideynlərin narahatlıq keçirməsinə heç bir səbəb yoxdur".

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz