Əlaqə Arxiv
news Image
2018.02.23
11:47
| A A A
Beyləqanda dörd maşın toqquşub, ölənlər var

Beyləqanda zəncirvari qəza nəticəsində iki nəfər ölüb.

Movqe.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunda VAZ markalı üç minik avtomobili və BMW markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1970-ci il təvəllüdlü Abdullayev Etibar Kamal oğlu və sərnişin, 1976-ci il təvəllüdlü İmrəliyev Arif Vaqif oğlunun meyitlərini deformasiyaya uğramış VAZ markalı avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Sizin Reklam Yeriniz