Əlaqə Arxiv
news Image
2018.02.23
12:47
| A A A
Hərbi qulluqçuların hüquqi bilikləri təkmilləşdirilir

Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi sahəsində Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan birgə tədbirlər planına əsasən, Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində “Hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun qurulması ən vacib vəzifələrdən biridir” mövzusunda tədbir keçirilib.

Müdafiə Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, görüşdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər həyata keçirilib, müxtəlif mövzularda mühazirələr oxunub.

Sizin Reklam Yeriniz