Əlaqə Arxiv
news Image
2018.02.23
12:58
| A A A
Qahirə Universitetində Azərbaycan dili tədris olunur

“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Qahirə Universitetinin ədəbiyyat fakültəsinin “Şərq dilləri” bölməsində Azərbaycan dilinin tədrisinə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Movqe.az-a bildiriblər ki, Azərbaycan dilini tələbələrə Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Dərslərdə universitet tələbələrinə ölkəmizin tarixi, mədəniyyəti və Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın işğalı, Xocalı soyqırımı barədə də məlumat verilir.

Universitetin IV kursunda tədris edilən Azərbaycan dili dərslərində 130-dan çox tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı S.Nəsirova müraciət ediblər. S. Nəsirov bunun üçün bütün imkanların olduğunu bildirərək yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən tələbələrə əlavə kursların təşkil olunacağını deyib.

Qeyd edək ki, "Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi bu sahədə Azərbaycanın Misirdəki səfirliyi ilə birgə fəaliyyət göstərir.

Sizin Reklam Yeriniz