Əlaqə Arxiv
news Image
2018.02.23
14:23
| A A A
Litvada Xocalı soyqırımına həsr olunmuş fləşmob keçirilib

Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi ilə Litva Azərbaycanlı Gənclər Təşkilatının fəal üzvləri Vilnüsün mərkəzində, Neris çayının sahilində Xocalı soyqırımına həsr olunmuş fləşmob keçiriblər.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənMovqe.az-a bildiriblər ki, Vilnüs şəhər meriyasının xüsusi icazəsi ilə keçirilən tədbir Vilnüs sakinlərinin və qonaqlarının ən çox hərəkət etdiyi yerdə və meriyanın qarşısında baş tutub.

100 kvadratmetr sahədə 2000-dən çox xüsusi konstruksiyalı şamdan yazılan “KHOJALY” sözü bütün gecə boyu yandırılıb.

Vilnüs və Kaunas universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, litvalı gənclər də bu fləşmobun təşkilində fəallıq göstəriblər.

Bundan öncə səfirliyin və Litva Qan Mərkəzinin təşkilatçılığı ilə Xocalı qurbanlarına həsr olunmuş qanvermə aksiyası keçirilib. Qanvermə aksiyasında diplomatlarla yanaşı, diaspor nümayəndələri, tələbələrimiz, litvalı gənclər iştirak ediblər.

Sizin Reklam Yeriniz