Əlaqə Arxiv
news Image
2013.03.29
16:51
| A A A
Səs-küy çirklənməsi ilə bağlı problem böyüyür
Emil Axundov: «Ölkəmizdə elə yerlər var ki, səhərə kimi tikinti gedir» Feyzulla Quliyev: «Şəhər planlaşdırılmasında, magistral yollarşn salınmasında, yaşayıє zonasgnda məsafələr qurulmalıdır»

Elman Abdullayev: "Ziyanı odur ki, sinir sistemini pozur, eşitmə qabiliyyətini azaldır, baş hərlənmələri və dəhşətli baş arrıları verir"



Danılmaz həqiqətdir ki, çoxsaylı maşgnlar, aparılan inşaat işləri və bu qəbildən olan digər hallar Bakıda həm də səs-küy çirklənməsi yaradgr. Problemin yaxın perspektivdə həlli isə inandırıcı görünmür. Məsələyə münasibət bildirən tanınmış memar, şəhərsalma üzrə ekspert Emil Axundov Mövqe.az-a açıqlamsında qeyd edib: " Səs-küy çirklənməsi çox böyük və aktual mövzudur. Bu gün ən sivil şəhərlərdə belə səs-küy çirklənməsi ilə bağlı problemlər yaşanmaqdadır. Hər gün, hər saat, hər dəqiqə texnoloji addımlar atılır. Amma elə şəhərlər var ki, orada bünövrə qoyulub. Məlum məsələdir ki,  səs-küy çirklənməsi, Yer kurəsindəki insanlar üçün böyük təhlükə daşıyıcısıdır. 

Əslində, bizim şəhərdə 40 ildir ki, paytaxt icra hakimiyyətinin  saat 20.00-dan sonra bütün səs- küylərin (tikinti səsləri, siqnallar, maşın səsləri,həyətlərdə ad günləri və toyların yaratdığı səs-küylərin) olmamasına dair sərəncamı var. Lakin buna əməl olunmur. Ölkəmizdə elə yerlər var ki, səhərə kimi tikinti gedir. Səhərə kimi kvalt, lom səsi gəlir, beton tökülür, montaj işləri gedir, tikinti işi gedir, yüksək səsli musiqi səslənir və s. kimi narahatçılıqlar davam edir. Bu səs küyü ən çox körpə beyinləri qəbul etmir. Onlar bundan diksinirlər, qorxurlar. Səs-küy çirklənməsi insanları ruhi xəstəliyə məhkum edir. Bu günləri körpülər, yollar, bianlar və s. inşa olunur. Mikrorayonlardan, prospektlərdən böyük magistral yollar keçir. Çox qəribədir ki, az qala həmin yolların yanında  böyük binaların tikintisinə icazə verilir. O binalarda insanlar istirahət edə bilmirlər. Aidiyyatı qurumlar bu məsələ ilə bağlı ciddi addımlar atmalıdır və səs-küy problemlərini həll etməlidir. Çünki insanları böyük stressə sürükləyən səs-küy çirklənməsi  ruhi xəstəlik yaradıcısıdır".

Azərbaycan Respublikasının əməkdar memarı, keçmiş baş planın müəlliflərindən biri Feyzulla Quliyev isə bildirir :

"Səs insanın beynini yavaş-yavaş kütləşdirir. Bu, ən pis məsələdir, ən böyük ekoloji təsirdir. Səs incə-incə, yavaş-yavaş insan beynini korlayır. Böyük şəhərlərdə bu məsələ mütləq nəzərə alınmalıdır. Şəhər planlaşdırılmasında magistral yolların salınmasında, yaşayış zonasında məsafələr qurulmalıdır. Küçələrdə yaşıl  zolaqllar, yaşıllıqlar olmalıdır. Biz isə əksinə, yaşıllıqları sökürük. Binalar akustika nəzərə alınaraq tikilməlidir. Binalar tikilərkən akustikaya uyğunlaşdırılmalı və müdafiə xətləri nəzərə alınmalıdır. Məsələn, şəhərimizdə Səməd Vurğun küçəsi ilə Bakıxanovun  kəşisməsində bəzəkli bir bina var, səs-küyə qarşı ən nümunə göstəriləcək binadır. Orada doğurdan da, səs-küy yoxdur, o binanın qabağında yaşıl xətt var və  akustikası hesablanmışdır. 

İstər böyük şəhərlərdə olsun, istərsə də kiçik şəhərlərdə səs- küyün qarşısı mütləq alınmalıdır. Onu da qeyd edim ki, şəhərdə maşınların hərəkətinin intevsiyliyi çoxdur. Bizdə əsas ictimai nəqliyyatdan, yəni avtobuslardan  istifadə üstünlük təşkil edir.Vaxtilə isə tramvaylar, trolleybuslar fəaliyyət göstərirdi. Parisin mərkəzində tramvay işləyir. Bakıda isə trolleybusları, tramvayları yığışdırdılar. Bunlar səssiz işləyən nəqliyyat növləri idi.

Bakıda tıxacların əmələ gəlməsi heç də maşınların çoxluğundan əmələ gələn məsələ deyil. Tıxaclar da öz nöbəsində səs-küyə səbəb olur. 2005-ci ilə qədər qüvvədə olan baş plana görə, Bakıda hər 1000 nəfərə 250 maşın nəzərdə tutmuşduq. Plana əsasən işlər görülmüşdü, küçələr verilmişdi, yollar genişləndirilmişdi. Küçələrdə birtərəfli hərəkətə icazə verilmişdi. Amma onların heç biri həyata keçirilmədi. Onu da xüsusi olaraq diqqətinizə yetirim ki, indiki dövrdə binaların tikintisinə çox məsuliyyətsiz yanaşırlar. Yaşıllıqları məhv edib,  insanların həyatı üçün təhlükəli yerlərdə binalar tikirlər. Axı onlara kim bu icazəni verir?! Şəhərdə hovuzların sayını artırmaıyıq, yaşıllıqları çoxaltmalıyıq. Dahi Öndərimiz  H.Əliyev demişkən,  " Bir ağacı kəsəndə elə bir mənim qolumu kəsirlər". Sadəcə insanlar ağacların yaşıllığın əhəmiyyətini başa düşməlidirlər və yaşıllıqları məhv etməməyi öyrənməlidirlər".

Həkimi Elman Abdullayev isə səs-küy çirklənməsinin insan orqanizminə olan mənfi təsiri barədə Mövqe.az-a bunları bildirib: "Ziyanı odur ki sinir sistemini pozur, eşitmə qabiliyyətini azaldır, baş hərlənmələri və dəhşətli baş ağrıları verir. Gecə yuxusuzluq halları yaradır. Sinir sistemini qıcıqlandırır. Əsəb, psixi  və ruhi  xəstəlikləri yaradır. Nervoz kimi ciddi xəstəliyin yaradıcısı hesab olunur. Böyük şəhərlərdə toy şənlikləri, adgünləri gecə saat 23:00-dan sonra qadağandır. Bakıda isə belə ciddi fəsadlar yarada bilən, təhlükəli xəstəliklər daşıyıcısı olan problem həll olunmamış qalır".


Sizin Reklam Yeriniz