news Image
2013.04.01
14:57
| A A A
DSMF sədri bir sıra rayonlarda sakinləri qəbul edəcək
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Abşeron, Xızı rayonlarının və Sumqayıt şəhəri sakinləri üçün qəbul keçirəcək.

Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, Səlim Müslümov 10 aprel 2013-cü il tarixdə, saat 11.00-da DSMF-nin Xaçmaz rayon şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının, 11 aprel 2013-cü il tarixdə, saat 10.00-da DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinləri üçün qəbul keçirəcəkdir. Qəbula yazılmaq istəyən vətəndaşların "info @ sspf.gov.az " elektron poçt ünvanı, 190 saylı "Qaynar xətt", 172-5-05-25 nömrəli telefon vasitəsilə DSMF-nin Xaçmaz rayon şöbəsinə və 018-652-02-94, 018-652-01-98 nömrəli telefonlar vasitəsilə DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etmələri xahiş olunur. DSMF sədrinin qəbuluna ətraf rayonlardan gələcək vətəndaşlar həmin gün səhər saat 09.00-da müvafiq rayon şöbələrindən yola düşəcək nəqliyyatla təmin ediləcəkdir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs