news Image
2018.03.14
15:22
| A A A
Duzlu yeməyin zərərləri

Çox duzlu qidalar qəbul etmək beyin qanaması və qan-damar xəstəlikləri riskini artırır. Mütəxəssislər gün ərzində duzlu qida istifadəsi ilə beyin qanamsı və qan-damar xəstəlikləri arasındakı əlaqəni müəyyən etmək üçün 170 mindən çox insanın iştirak etdiyi 4-19 il müddətinə davam edən 13 araşdırmanın nəticəsini əldə edib.

Movqe.az deyerler.org-a istinadən bildirir ki, bu nəticələrdən aydın olub ki, çox duzlu qidalar yeməklə beyin qanamsı və qan-damar xəstəlikləri arasında doğrudan da əlaqə mövcuddur. Başqa bir araşdırmanın nəticəsinə görə isə, məlum olub ki, gün ərzində 5 qramdan az duz istifadəsi beyin qanaması riskini 23%, qan-damar xəstəlikləri riskini isə 17% azaldır.

 

Bundan başqa, duzlu qidalar təzyiqin qalxmasına və bunun da qan-damar xəstəliklərinə zəmin yaratmasına səbəb olur. Ürək çatışmazlığından əziyyət çəkən insanlar və ya böyrək, şəkər xəstəlikləri olan insanların da duzlu qidalardan çox istifadə etməmələri tövsiyə edilir.