news Image
2018.03.14
13:31
| A A A
“Şahinlər” hərbi-idman oyunu üzrə Masallı ayon birinciliyi keçirilib

13 mart 2018-ci il tarixdə Masallı rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallı şəhər 3 saylı tam orta məktəbində Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, onların fiziki hazırlıqlarının artırılmasında, həmçinin ordu sıralarına hazırlanmasında müstəsna əhəmiyyəti olan “Şahinlər” hərbi-idman oyunlarının Rayon birinciliyi keçirilmişdir

Yarışın açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək komandaları salamlamış və “Şahin” hərbi-idman oyununun məktəb yaşlı yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli dərəcədə rol oynadığını dedi. C.Manafov bildirdi ki, torpaqlarının 20 faizi düşmən tapdağında olan, on minlərlə şəhid vermiş ölkə olaraq Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin gücləndirilməsi ən aktual mövzulardan biridir. Böyük qətiyyəti və əzmkarlığı ilə Azərbaycanı bir dövlət kimi beynəlxalq arenada tanıdan, həm də vətəninə qəlbən bağlı böyük vətənpərvər olan ulu öndər Heydər Əliyevin hər bir azərbaycanlı üçün örnək olduğu vurğulandı. Qeyd etdi ki, ölkəmizdə sabitlik və inkişafın qarantı olan cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşmək hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm də bir mənəvi vəzifədir.
         Tədbirdə Rayon təhsil şıbəsinin metodisti Əyyar Burhanov,yarışın baş hakimi Seybətin tam orta məktəbin hərbi müəllimi Camaləddin Məmmədov çıxış edərək bildirdilər ki, bu cür yarışların keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyyəsinə diqqqət və qayğının daha da artırılması, həmçinin məktəb şagirdlərini ordu sıralarında xidmətə hazırlanmasında köməkliyin göstərilməsidir.
          Rayonun orta ümumtəhsil məktəblərinin komandalarının iştirak etdiyi yarış gərgin idman mübarizəsi şəraitində keçmişdir. Yarışın əsasnaməsinə uyğun olaraq sıra hazırlığı mərhələsi keçirildikdən sonra komandalar estafet mərhələsini davam etdirmişlər.
               Yarışın yekun nəticəsinə əsasən S.Tağıyev adına Digah tam orta məktəbin komandası I yerə, Seybətin tam orta məktəbin komandası II yerə, S.Hacıyev adına Kalinovka kənd tam orta məktəbin komandası III yerə layiq görülmüşdür
             Yarışda qalib gəlkmiş komandalar Gənclər və İdman İdarəsi tərəfində diplomla mükafatlandırıldı.

ƏLİHÜSEYN ŞÜKÜROV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs