Əlaqə Arxiv
news Image
2018.03.16
13:18
| A A A
"Ötən gün 12 min yerli sakin Şərqi Qutadan çıxarılıb"

Movqe.az milli.az-a istinadla xəbər verir ki, bu sözləri Astanada Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin Suriyada böhranın tənzimlənməsi üzrə görüşü zamanı Rusiya XİN Sergey Lavrovsöyləyib. O bildirib ki, muzdlu hərbiçilər yerli sakinlərin Şərqi Qutadan çıxarılmasına mane olurlar.

"Şərqi Quta ilə bağlı səsləndirilən iddialara baxmayaraq, oradakı rəsmilərlə, mülki vətəndaşların təxliyə prosesi davam etdirilir, humanitar yardımlar göndərilir. Ötən gün 12 min nəfər mülki vətəndaş Şərqi Qutadan çıxarılıb, 137 ton humanitar yardım göndərilib.

 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Şərqi Qutanın Suriya ordusu tərəfindən bombalanması və çoxlu sayda qadın və uşağın ölümü dünya ictimaiyyətində ciddi narahatlıq doğurduğuna görə fevralın 24-də Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqi və ölkə ərazisində humanitar əməliyyatların aparılmasına dair qətnamə qəbul edib.

 

Sizin Reklam Yeriniz