Əlaqə Arxiv
news Image
2018.03.16
13:46
| A A A
Bakının mərkəzində hündürmərtəbli binaların tikintisinə qadağa qoyulması TƏKLİF edilir

Bakıda şəhər mərkəzində hündürmərtəbli binaların tikintisinə qadağa qoyulmalıdır.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə deputat Azər Badamov Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

O bildirib ki, belə bir hal beynəlxalq praktikada da mövcuddur: "Hündürmərtəbəli binaların şəhərin mərkəzində tikintisi həm tıxacların yaranmasına gətirib çıxarır, həm də digər problemlərə yol açır. Odur ki, belə binaların tikintisinə qadağa qoyulsa daha yaxşı olar".

 

Deputat hesab edir ki, bunun əvəzində şəhərin kənarında yeni yaşayış massivləri salına bilər: "Bu, eyni zamanda tıxacların aradan qaldırlmasına kömək edər".

 

Sizin Reklam Yeriniz