Əlaqə Arxiv
news Image
2018.03.16
14:46
| A A A
Metroda relslər üzərinə yıxılan şəxs 85 taşlı qadın imiş - Yolu səhv salıb - YENİLƏNİB

13:59

Metroda relslər üzərinə yıxılan şəxsin kimliyi bəlli olub.

Movqe.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirdiyinə görə, bu, 85 yaşlı Məmmədova Sürayyə Söhbət qızıdır:

"O, bu "İçərişəhər" stansiyasında qatar dayananda birinci vaqonun birinci qapısından düşüb. Sola dönüb stansiyadan çıxmaq əvəzinə sağa dönərək qatarın qabağından relslərin üstünə yıxılıb. Əməkdaşlarımız gərginliyi açaraq xanımı stansiya yolundan çıxarıblar. Görünüşdə ciddi xəsarət müşahidə edilməsə də, 85 yaşlı qadın üçün təcili tibi yardıb çağırılıb. Bu məlumatları da özü verib. Hadisə ilə əlaqədar xətdə ümumilikdə 3 dəqiqəlik gecikmə yaranıb".

----------
13:10

Bakı metrosunun "İçərişəhər" stansiyasında həyəcanlı anlar yaşanıb.

Movqe.az xəbər verir ki, Sərnişin qatar yoluna yıxılıb.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib:

"Bu dəqiqələrdə (12:55) "İçərişəhər" stansiyasında sərnişin qatar yoluna (relslərin üstünə) yıxılıb. Qatar olmayan vaxt. Gərginliyi çıxarıb sərnişini çıxartmağa çalışırıq. Xətdə müəyyən gecikmə olacaq. Xahiş olunur nəzərə alasınız. Daha ətraflı 10 dəqiqə sonra məlumat verə bilərəm".

 

milli.az

Sizin Reklam Yeriniz