Əlaqə Arxiv
news Image
2018.03.16
12:56
| A A A
ADAU - da Novruz bayramının təntənəsi yaşanıb

Xalqımızin mənəvi mədəniyyətinin ayrılmaz hissəsi olan  Novruz lap qədimlərdən yeni il, yazın gəlişi kimi hesab edilib  və onun ilk günü bayram sayılıb. Novruza aid xalq arasında yaşamaqda olan saysız etiqad və əfsanələr sübut edir ki, bu bayramın kökü qədim insanın təbiətin ölüb-dirilməsi haqqındakı ibtidai görüşləri ilə bağlı olub.  

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, bu müqəddəs bayram təhsil müəssisəsinin bütün fakültələrində yüksək coşqu və böyük məhəbbətlə qeyd edilib. Süfrələr səməni, şirniyyatlar və bərəkət rəmzləri ilə  bəzədilib. Milli geyimli tələbə qızlar və oğlanlar bayram sevincini rəqslər, mahnılar, eləcə də novruza aid səhnəciklərlə yaşayıb. Mühəndislik, Aqronomluq fakültəsində isə tədbir daha möhtəşəm formada qeyd edilib. Aqronoçluq fakültəsinin dekanı Məhərrəm İsmayılov bayramın dəyərlərindən danışıb, dövlətin bu bayramı dünya səviyyəsində tanıtmasından söz açıb

Rəngarəng musiqilər, mahnı və rəqslər, Novruza aid səhnəciklər tədbirin dəyərini qat-qat artırıb.

Sloveniyanın Nova Gorica Universitetinin professoru xanım İvana Branka, Universitetin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin əməkdaşı, Yeni Zelandiyalı mütəxəssis, doktor Brain Milestone də Aqronomluq fakültəsində keçirilən bayram şənliyinə qatılıb, xalqımızın milli-mənəvi dəyərləri ilə daha yaxından tanış olublar.

Bayram şənliyi alovlanan tonqalın ətrafında davam edib və tələbə dünyasına Novruz bayramı doğrudan da yeni gün kimi yazılır...
          

 ƏLİHÜSEYN ŞÜKÜROV



 


Sizin Reklam Yeriniz