Əlaqə Arxiv
news Image
2018.03.23
09:40
| A A A
Bu qidalar qan təzyiqini yüksəltmir - SİYAHI

Hazırda demək olar ki, əksər şəxslər yüksək təzyiqdən şikayət edir. Həddindən artıq çəki, siqaret, stress və ürək narahatlıqları yüksək təzyiqin yaranmasına səbəb olur. Təzyiqin uzun müddət yuxarı olması beyin, böyrək, ürək və damar kimi bir çox xəstəliyə səbəb olur. Bu cür insanların sakit və normal bir həyata sahib olması vacibdir.

Movqe.az ailem.az-a istinadən təzyiqi stabil saxlayan qidalar barədə sizə məlumat verir.

Təzyiqi aşağı salmaq üçün yeyiləcək ilk sıralarda meyvə, tərəvəz, süd məhsulları gəlir. Qan dövranının təmin olunması üçün təzyiq lazımdır, bu təzyiqin normaldan çox olması hipertəzyiq və yüksək təzyiqdir. Ürəyin sıxılması ilə yaranan qan təzyiqi böyük təzyiq, ürəyin rahatlaşması əsnasında ölçülən qan təzyiqi isə kiçik təzyiqdir. Bu iki təzyiqin də normadan artıq olması hipertəzyiqdir. Bu cür təzyiq qalıcı şikəstlik və ölümə səbəb ola bilər. Təzyiq problemi yaşayırsınızsa, bir mütəxəssisin köməyinə ehtiyacınız var.

Tərəvəzlər

Tərəvəzlərin tərkibindəki lif, potasium, maqnezium və digər minerallarla ümumi sağlamlığımızı inkişaf etdirməyə nail oluruq. Hər gün yaşıl yarpaqlı tərəvəzlər istifadə etmək təzyiq xəstələrinə kömək edir. İspanaq, kabak, kartof, pomidor kimi tərəvəzlərdən təzyiqinizi aşağı salmaq üçün istifadə edə bilərsiniz.

Meyvələr

Meyvələr də tərəvəzlər kimi lif, vitamin və mineral tərkibli olduğu üçün təzyiqi aşağı salmağa kömək edir. Təzə meyvə yerinə meyvə suyu içirsinizsə, meyvələrin təzə sıxılmış olması və şəkər tozu əlavə edilməməsi lazımdır.

Çiyələk, qovun, banan, alma, şaftalı, ananas, manqo, portağal, naringi, limon yüksək təzyiqi normallaşdıran meyvələrdir.

Süd məhsulları

Süd məhsulları kalsium, damar sağlamlığı və damar tıxanıqlığının qarşısını almaq üçün lazımi minerallara sahibdir. Kalsium baxımından zəngin olan qatıq, süd və pendir kimi qidaları gündəlik rasionumuza əlavə edərək təzyiqi normal səviyyəyə saya bilərsiniz. Amma istifadə etdiyiniz məhsulların yağlılığına diqqət edin.

 

Taxıllar

Lif baxımından zəngin olan taxıllar qan təzyiqini aşağı salmağa kömək edir. Qəhvəyi düyü, kəpəkli çörək, arpa və yulaf kimi taxılları qidalanmanıza əlavə edin. Həmçinin ağ un və şəkər tozu kimi rafinə edilmiş karbohidratlar yerinə taxıllı qidalar mütəmadi olaraq istifadə edilərsə, təzyiqinizi idarə altına ala bilərsiniz.

Balıq

Təzyiqi aşağı salmaq üçün protein əhəmiyyətli bir qaynaqdır. Keyfiyyətli protein qaynağı olaraq qızıl balıq və mezgit kimi soyuq su balıqlarını seçə bilərsiniz.

Çərəzlər

Badam, fındıq, qoz və fıstıq kimi çərəzlər sağlıqlı yağ qaynağı olduğu üçün hər gün istifadə edə bilərsiniz.

Ədviyyatlar

Həddindən çox duz istifadəsi təzyiqi qaldırır. Duz yerinə qurudulmuş ədviyyatlar istifadə edərək sodiumun mənfi təsirlərindən qoruna bilərsiniz.

Sizin Reklam Yeriniz