Əlaqə Arxiv
news Image
2018.03.16
17:49
| A A A
Alimlər üçün tikilən mənzillərin satışına başlanıldı

Abşeron rayonu Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün nəzərdə tutulan "Alimlər şəhərciyi" yaşayış kompleksində mənzillərin satışına başlanılıb.

Movqe.az xəbər verir ki, Akademiyadan Trend-ə verilən məlumata görə, "Smart City - Ağıllı Şəhər" tikinti-inşaat prinsiplərinə riayət olunacaq 1, 2 və 3 otaqlı mənzillərdən ibarət binalarda memarlıq inşaat sektorunda mövcud olan ən son texnoloji yeniliklər tətbiq ediləcək.

 

Yaşayış kompleksinin məsafədən idarə olunan mərkəzləşdirilmiş kommunal xidmətlər infrastrukturu, tullantıların ekoloji təmiz idarə edilməsi, işıqlandırılmada alternativ enerji mənbələrindən istifadəsi, şəhərciyin müasir təhlükəsizlik sistemləri ilə təchiz olunması nəzərdə tutulur.

Sizin Reklam Yeriniz