Əlaqə Arxiv
news Image
2018.03.16
18:18
| A A A
"Bakcell" əməkdaşları “UAFA”nın Xaçmazdakı İcma Əsaslı Reabilitasiya Mərkəzində olublar (FOTO)

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam davam etdirir.

Şirkətdən Movqe.az-a verilən məlumata görə, “İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin yeni mərhələsi “UAFA”nın Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərindəki xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni imkanlar təmin etmək məqsədi daşıyır. Layihə zamanı 80-dən çox uşaq öz maraq və seçimləri əsasında yeni bacarıqlara sahib olmaqla yanaşı, istedadını müxtəlif tədbirlərdə nümayiş etdirmək imkanı əldə edə biləcəklər.

Mart ayının 15-də Bakcell şirkətinin əməkdaşları “UAFA”nın Xaçmazdakı İcma Əsaslı Reabilitasiya Mərkəzinə səfər edib, mərkəzin dərnəklərində iştirak edən uşaqlarla vaxt keçirib, onların hazırladıqları tamaşa və rəqsləri böyük həvəslə izləyib və təşkil edilmiş Novruz şənliklərinə qatılıblar. Uşaqlar da öz növbəsində qonaqlara öz rəqslərini, şəkil və əl işlərini və digər nailiyyətlərini böyük məmnuniyyətlə nümayiş etdiblər.

Nəzrin və Lalə Müslümovaların anası Sevda xanım bildirib: “Qızlarımın hər ikisi serebral iflicdir. Heç bir yerə aparmırdım, çünki utanırdılar, heç bir uşaqla ünsiyyət qurmurdular, danışmırdılar. Xaçmaz İƏR mərkəzində “Bakcell”in dəstəyilə rəqs dərnəyindən bəhrələnən qızlarım artıq özlərinə yeni dostlar qazanıblar. Ailəlikcə getdiyimiz məclislərdə artıq onlar özlərinə qapanıb oturmur, məhdudiyyətlərinə görə utanmırlar. Qonağı olduqları ailələrin uşaqları ilə sosiallaşır, öyrəndikləri rəqsləri onlara da öyrətməyə can atırlar”.

“Oğlum danışmır. Onu mütəmadi olaraq mərkəzdəki rəsm məşğələsinə gətirirəm. Davud əvvəl necə davranacağını, nə ilə məşğul olacağını bilmirdi. Elə mən də bilmirdim ki, onun boş vaxtını necə doldurum. Ancaq indi o evdə darıxmır, çünki rəngli karandaşları yonur, boyalı kistləri yuyur, müəllimin verdiyi şəklə baxıb rəsm çəkir. Alınmayanda pozub yenidən çəkməyə başlayır. Sakitləşib, özünə inanır. Çəkdiyi şəkilləri qonşulara göstərməyə artıq utanmır”, deyə Davudun anası Qəmər xanım bildirib.

Bakcell şirkətinin UAFA təşkilatı ilə sıx əməkdaşlığı 2010-cu ildən başlayıb və həmin vaxtdan bu günə qədər olan müddət ərzində “UAFA”nın Gəncə, Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində təşkil edilmiş dram, rəqs, rəsm və yaradıcılıq dərnəklərindən 1000 nəfərdən artıq uşaq bəhrələnib. Həmin dərnəklərdə iştirak edən uşaqlar müxtəlif tədbirlərdə bacarıqlarını böyük həvəslə nümayiş etdirməklə özlərinə və onları alqışla qarşılayan tamaşaçılara böyük sevinc hissi bəxş edirlər. Layihə çərçivəsində təşkil olunan dərnəklər cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir və bu uşaqların cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə kömək edir.

 

Bakcell şirkətinin dəstək verdiyi bu layihə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanlar yaradılması, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə yönəlib.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Sizin Reklam Yeriniz