Əlaqə Arxiv
news Image
2018.03.18
16:19
| A A A
Buraxılış imtahanları başa çatdı - Nəticələr 2 günə açıqlanacaq

Dövlət İmtahan Mərkəzi (DİM) 18 mart 2017-ci il tarixində respublikanın 30 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirib. Hər iki imtahanda ümumilikdə 36613 şagirdin imtahan verəcəyi nəzərdə tutulub.

DİM-dən Movqe.az-a verilən məlumata görə, martın 19-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq.

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanının nəticələri yaxın 2 gün ərzində elan ediləcəkdir. Şagirdlər imtahan nəticələri haqqında məlumatı DİM-in internet saytından öyrənə biləcəklər.

9-cu sinif şagirdlərinin yazı işləri isə (imtahan cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

 

 

 

 

 

Sizin Reklam Yeriniz