news Image
2013.04.01
16:50
| A A A
Baytarlar qanunsuz balıq alverinə himayədarlıq edirlər

Paytaxt küçələrində, pərakəndə şəkildə təhlükəli balıq satışı davam edir. Mövqe.az-ın əməkdaşı paytaxtın bir neçə küçə və bazarlarında  apardığı  müşahidələr zamanı üzə çıxıb ki, natəmiz şəraitdə, arabalarda satılan balıqlara Bakı Şəhər Baytarlıq İdarəsi tərəfindən təhlükəsizliyini təsdiqləyən sənəd verilir. 

Satıcılar da Mövqe.az-ın əməkdaşı ilə söhbət zamanı, küçədə, səkilərdə, arabalarda satdıqları balıqların satışına rəsmi icazə verildiyini təsdiqləyiblər.

Paytaxtda  "Yaşıl bazar "ın ətrafında balıq antisanitar şəraitdə, iri ləyən və arabalarda satılmasına baxmayaraq, satıcı bildirdi ki, balıqların satışı üçün icazə sənədi var. BŞBİ-nin Mədaxil qəbzini bizə təqdim edən satıcı labaratoriyanın  həkimlərinin sübh tezdən satışa çıxarılan  bütün balıq məhsullarını müayinədən keçirdiyini, satıcılara  məhsulun yararlığın təsdiq edən bu cür  icazə kağızları  verildiyini söylədi: "Baytar səhər tezdən  gəlir  balıqlara baxır,  əgər  balıq təzədirsə onun satışına icazə verir. Yox , əgər balıq dünəndən qalıbsa, o zaman satıcı ilə baytar arasında bir "razılaşma" olur, və  yenə də balıqlar satışa  çıxarılır".

Necə razılaşırsınız, sualımıza satıcı cavab olaraq deyir ki, "bunun da yolları var": "Hörmət edirik, razılaşır".

Satıcılar deyir ki, balıq açıq havada iki gün qalsa da xarab olmur. Odur ki, baytar həkimləri dünəndən qalan balıqların da satışına icazə verir: "Mənim mallarımı hər səhər baytar həkimləri  gəlib yoxlayır. Balığın satışa yararlı olması haqqında mənə qəbz verir. Havalar soyuq keçir, mal qalsa da xarab olmur. Odur ki, 1-2 gün balıq qalır, amma yenə də satırıq. Balığın təzəliyini, əsasən,  gözlərinin rəngindən və qulaq qəlsəmələrindən bilmək olur. Biz alıcının istəyinə uyğun olaraq balığı təmizləyib, doğrayırıq".

Satıcı deyir ki, küçədə satılan balığın müştərisinin çox olmasının səbəbi qiymətinin münasib olmasıdır: "Ən çox satılan balıq xan balığı ,sazan,  kütüm, belamızdır. Qiymətlərdə münasibdir.  Məsələn, kütüm balığını 5 - 6 manata alırıq 7-8 manata satırıq, Farel -6 manata alırıq 9 - 10  manata satırıq, Kefal-6 manata alırıq 7.50 qəpiyə satırıq".

Respublika Gigiyena və Epidemialogiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev küçədə, arabalarda, səkilərdə antisanitar şəkildə satılan balıqlara baytarlıq şəhadətnaməsinin verilməsinin yolverilməz olduğunu söyləyir. İ. Abdullayev mövqe. az-a açıqlamasında bildirib ki, küçədə satılan balığın təhlükəsizliyinə baytar tərəfindən zəmanət verilə bilməz: "Nəzərə alsaq ki,  balıq və  balıq məhsulları  tez xarab olan mallar sırasındadır  və  keyfiyyətsiz balıq insan sağlamlığı üçün ciddi fəsadlar törədə bilər, bunun baş verməməsi üçün balığın keyfiyyətinə, saxlama müddətinə mütləq diqqət yetirmək lazımdır. Balıq məhsullarının növündən aslı olaraq, onların saxlanma müddəti, şəraiti və tempraturu da müxtəlifdir. İlin isti vaxtlarında təzə balığı mağazada 24 saat , soyuq vaxtlarda 48 saat saxlamaq olar. Duzlu balıq isə çəlləklərdə duzlanma səviyyəsindən aslı olaraq  4-9 ay , yeşiklərdə 4 aya qədər , qaxac edilmiş balıqlar isə 2 aya qədər saxlanıla bilər.  Qurudulmuş  balığın saxlanılma müddəti isə mənfi 8-10 dərəcədə olmaqla 8-10 aydır. Balıq açıq havada günəş şüalarının altında bütün günü qalırsa həmin balıqdan zəhərlənmə halı qaçılmazdır. Ona görə də baytarlar şəhadətnamə verərkən buna diqqət etməlidirlər. Küçələrdə, arabalarda satılan balıqlara baytar həkimləri tərəfindən təhlükəsizlik zəmanəti verilə bilməz. Günün altında qalan balığın xarab olması ehtimalı yüksəkdir. Odur ki, müvafiq şəraitdə, soyuducuları olan mağazalarda balıq satışına baytar həkimləri tərəfindən icazə verilməlidir".

İ. Abdullayev təmsil etdiyi qurumun da, küçədə antisanitar şəraitdə balıq satışına qadağa qoymaq səlahiyyətinin olmadığını bildirdi: "Küçə ticarəti ilə ərazinin sahə müvəkkilləri mübarizə aparmalıdırlar. Küçədə satılan balığa təhlükəsizliyini təsdiqləyən baytar 

sənədi verməklə alıcıları çaşdırmaq olmaz. Çünki, küçədə satılan balığın təhlükəsiz olması mümkün deyil. Buna görə də, balıqlar küçədə balıq saxlanması üçün müəyyən edilən temperaturda saxlanılaraq satılmır. Belə halda isə, balıq tez xarab olur". 

Bu suallarmiza cavab almaq istədik, amma  Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayev suallarmızı cavabsız qoydu. 

  


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs