Əlaqə Arxiv
news Image
2018.03.19
15:23
| A A A
Azərbaycana gələn İran vətəndaşlarına giriş vizaları ilə bağlı YENİLİK

Azərbaycana gələn İran vətəndaşlarına giriş vizaları ilə bağlı prosedurlarda yenilik tətbiq olunub.

Bu barədə Milli.Az-a XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, 15 mart 2018-ci il tarixindən etibarən Azərbaycan Respublikasına səfər edən İran İslam Respublikası vətəndaşlarına giriş vizaları Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında rəsmiləşdiriləcək.

XİN rəsmisi bu qərarın dost və qonşu ölkələr olan Azərbaycan və İran arasında humanitar, iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına və insanlararası təmasların artmasına əsaslı töhfə verəcəyinə ümidvar olduğunu deyib.

Sizin Reklam Yeriniz