news Image
2012.04.27
18:39
| A A A
Analoqu olmayan gündəlik - FOTO
"Məktəbli kitabçası"nda reklam

"Məktəbli kitabçası" – bu məktəbli gündəliyinin yeni adıdır. 21-ci əsrdə bir çox şeyin dəyişildiyi kimi, məktəbli gündəlikləridə dəyişilib.


Qeyd edək ki, bu yaxınlarda Movqe.Az-a oxucularımızdan biri məktəbli kitabçası ilə müraciət edib. Üz qabığında "Məktəbli kitabçası" yazılsada, bu kitabça digərlərindən fərqlənir.


Kitabçanın hər bir vərəqində reklamlar yerləşdirilib. Xatırladaq ki, Azərbaycan Respublikasının Reklam haqqında Qanununda, təhsildə hər hansı bir reklama qadağa qoyulmuşdur. Misal üçün, maddə 21."Reklamın istehsalında, yerləşdirilməsində və yayımında yetkinlik yaşına çatmayanların müdafiəsi"-ndə qeyd olunub ki, yetkinlik yaşına çatmayanların şüuruna təsir göstərməklə, onların öz valideynlərini və ya digər şəxsləri reklam olunan əmtəənin alınmasına vadar etməsi, qanunla cəzalanır. Digər tərəfdən Maddə 30. "Qanunun pozulmasına görə məsuliyyət"də qeyd olunub ki, Reklam fəaliyyətinin subyetkləri bu Qanunun pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar.


Bu məktəbli kitabçası isə satışa özəl məktəb tərəfindən çıxarılıb. Bu haqda Movqe.Az-a 25 yaşlı Ömər Məmmədov məlumat verdi: "Mən özümdə ilk dəfə olaraq bu cür gündəliklə rastlaşıram. Qardaşım ikinci sinif şagirdidir. Evə bu gündəliyi gətirəndə, söz tapmadım. Bir məktəbli gündəliyinin hər səhifəsində reklam olması nə dərəcədə düzgündür? Onlar hələ uşaqdırlar. Lakin reklamlar sayəsində bizdən fərqli olaraq daha çox şey bilirlər".


Bu barədə təhsil üzrə ekspert Əjdər Ağayev isə belə məlumat verdi: "Belə bir qanun var ki, dərslikdə, ümumiyyətlə, dərsliyə aid olan hər bir şeydə reklam yerləşdirmək olmaz. Dərslikdə hər hansı bir reklam verildiyi halda, həmin dərsliyi qəbul etmirlər. Çünki bu kiminsə marağına xidmət edir. Gündəliyin özündə də, reklam adlı heç bir şey olmamalıdır. Orada ancaq şagirdlərlə bağlı olan məlumatlar olmalıdır. Digər məlumatlar qanunsuz hesab edilir. Yəni bu bir başa mövcud qanunvericiliyə ziddir. Çünki belə bir qanun vericilik yoxdur".


Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşidli isə məktəbli kitabçasında ancaq özəl bir şirkətin reklam yerləşdirə biləcəyini vurğuladı: "Orta məktəbli gündəliyində reklam yerləşdirilə bilməz. Ən azı bu Təhsil Nazirliyi tərəfindən qadağandır. Görünür ki, bu hər hansı bir özəl şirkət tərəfindən nəşr edilib. Məktəbli gündəlikləri Təhsil Nazirliyinin təqdim etdiyi materiallar əsasında nəşr edilir. Oradada heç bir reklam yoxdur.


Belə bir şeyi hər hansısa özəl bir şirkət Təhsil Nazirliyi adından yayıb. Qeyd edim ki, bu cür reklam əslində yol verilməzdir.


Bu məsələyə ilk növbədə valideynlər diqqətlə yanaşmalıdırlar. Əslində rəhbərlikdə buna reaksiya verməlidir. Əks halda belə başa düşünülür ki, məktəb rəhbərliyinində onlarla əlaqəsi var".


Bu cür reklamların uşaqların psixologiyasınada təsiri ola bilər. Psixoloq Dəyanət Rzayevin sözlərinə əsasən, az yaşlı uşaqların belə reklamlarla tanış olması heçdə normal deyil.


"Bu gün uşaq reklamda gördüyünü, valideyinindən tələb edə bilər. Baxmayaraq ki, həmin əşya uşağa lazım belə deyil. Sadəcə bu bir başa uşaq psixologiyasına təsir edir", - D.Rzayev dedi.


Qey edək ki, bu gündəlikdə müxtəlif şirkətlərdən tutmuş, banklaradək öz reklamlarını yerləşdiriblər.


Xatırladaq ki, həmin kitabça 1-5ci sinif şagirdləri üçün nəzərdə tutulub. Və bizə verilən məlumata görə, həmin məktəbli kitabçasının qiyməti 5 manatdır. Əslində isə qanuna görə, məktəbli kitabçısının qiyməti hər yerdə 1 manatdır. Bu haqda isə artıq valideyinlər düşünsünlər.


Türkan Nadirqızı

Movqe.Az
















Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs