Əlaqə Arxiv
news Image
2018.03.22
12:40
| A A A
Səlim Müslümov: Prezident İlham Əliyevin islahatları qısa dövr ərzində ciddi iqtisadi inkişafa təkan verib (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü islahatlar proqramı ölkə iqtisadiyyatının prioritet sahələrinin, xüsusilə qeyri-neft sektorunun inkişafı, neftdən asılı olmadan iqtisadi artımın təmin olunması istiqamətində qısa dövr ərzində mühüm irəliləyişlərə nail olunmasına imkan verib.

Movqe.az-ın ƏƏSMN-ə istinadən məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatının (BƏT) İdarə Heyətinin Cenevrə şəhərində (İsveçrə) keçirilən 332-ci iclası çərçivəsində BƏT-in Baş direktoru Qay Rayderlə görüşündə deyib.

S.Müslümovun sözlərinə görə, Azərbaycan bu gün dünyanın 35 ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkəsi sırasındadır.

Nazir vurğulayıb ki, son 15 ildə 3 dəfədən çox iqtisadi artıma nail olan Azərbaycanda cari ilin iki ayında da ümumi daxili məhsulda 1,3 faiz, qeyri-neft sektorunda 2,3 faiz artım qeydə alınıb.

"Dünya iqtisadiyyatında çətinliklərin yaşandığı son illərdə də Azərbaycanda bütün sosial proqramlar uğurla davam etdirilməklə, onların getdikcə daha da genişləndirilməsi təmin olunur. Eyni zamanda, ölkədə layiqli əməyin təminatı istiqamətində məqsədyönlü işlər aparılmaqla, əmək haqlarının mütəmadi artırılması da həyata keçirilir. Bu sahədə tədbirlərin davamı kimi, cari ilin ötən dövründə ölkədə əmək haqları, habelə digər sosial ödənişlər növbəti dəfə artırılıb". - S.Müslümov belə deyib.

Sizin Reklam Yeriniz