Əlaqə Arxiv
news Image
2013.04.02
11:42
| A A A
Azərbaycana 3 milyon manat ziyan dəyib...
Ötən il ərzində Azərbaycanda baş verən yol nəqliyyat hadisələri zamanı yola və yol qurğularına (yol hərəkət nişanları, göstəricilər, bordyurlar, işıq dirəkləri və s.) ümumilikdə 3 milyon manata yaxın ziyan dəyib. Bu barədə Movqe.az-a Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. P.Mürsəliyev qeyd edib ki, yol nəqliyyat hadisələri zamanı yola və yol qurğularına ziyan dəyərkən, Nəqliyyat Nazirliyi, Dövlət Yol Polisi, "Azəryolservis" ASC-nin əməkdaşları və hadisəni törədən şəxsin iştirakı ilə müvafiq akt tərtib olunur, yola və yol qurğularına dəymiş ziyanın məbləği hesablanır və bu məbləğ sözügedən aktda öz əksini tapır:
"Ötən il ərzində Azərbaycanda baş verən yol nəqliyyat hadisələri zamanı yola və yol qurğularına 3 mln. manata yaxın ziyan dəyib ki, bu günədək bunun yalnız 44 min manatdan bir qədər artıq hissəsi (1,5%) ödənilib. Hadisələrin çoxu kim tərəfindən törədildiyi bilinmir və yola dəyən ziyan yalnız baxış zamanı aşkarlanır. Eyni zamanda, məhkəmənin qətnaməsinə baxmayaraq, hadisəni törətmiş şəxslər ödənişdən boyun qaçırırlar". "Azəryolservis" rəsmisi onu da əlavə edib ki, 2012-ci ildə ölkənin avtomobil yollarında 12 min poqon metr əyri xətli tir (metal təhlükəsizlik səthi), 200 poqon metr bordyur, bir çox yol hərəkət nişanı, göstəricilər, işıq dirəkləri və s. sıradan çıxıb.
Sizin Reklam Yeriniz