news Image
2013.04.02
10:49
| A A A
“İctimai İştirakçılıq haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilir

Bakıda çərşənbə axşamı "İctimai İştirakçılıq haqqında" qanun layihəsinə həsr olunmuş ictimai müzakirə keçirilir.

Movqe.az-in məlumatına görə, Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Hüquqşunasları Konfederasiyası (AHK) tərəfindən keçirilən tədbirdə qanun layihəsinin əhəmiyyətindən danışılıb.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanun layihəsinin dövlət idarəçiliyində qərarların qəbul olunmasında müstəsna rolu olacaq.

Qanun layihəsinin müəllifi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası sədri Azay Quliyev layihənin hazırlanması ilə bağlı Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyevin sədrliyi ilə işçi qrupu yaradıb. Qanun layihəsi parlamentin yaz sessiyasının iş planına salınıb. Onun sözlərinə görə, qanun layihəsinə Milli Məclisin 3 komitəsi öz rəyini verib. O, bu gün keçirilən ictimai müzakirədə beynəlxalq təşkilatların təmsilçilərinin də iştirak etdiyini vurğulayıb və bildirib ki, Qeyri-kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin Avrasiya üzrə vitse-prezidenti Natalia Bourjaily tədbirə dəvət alıb.

Natalia Bourjaily bildirib ki, qanun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə olunub. O qeyd edib ki, qanun layihəsinə bəzi əlavələrin olunması gözlənilir və bu təklfləri təmsil etdiyi Beynəlxalq Mərkəzə bildirib. Bourjaily ümumilikdə "İctimai İştirakçılıq haqqında" qanun layihəsini təkmil sənəd kimi qiymətləndirib.

Tədbirdə Natalia Bourjaily "İctimai İştirakçılıq haqqında" qanun layihəsinə Qeyri-kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin tövsiyyələrinin təqdimatını edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs