Əlaqə Arxiv
news Image
2013.04.02
11:50
| A A A
Bakı Metropoliteni yeni stansiyaların tikintisi üzrə planları açıqlayıb

Bakı Metropoliteni 2030-cu ilədək 50 yeni stansiya tikəcək. Movqe.az-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun "Respublika" qəzetində dərc edilən məqaləsində deyilir.

Məqalədə deyilir ki, hazırda 8 stansiya və 2 deponun tikintisi üzrə işlər aparılır.

"Gələn il "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları istismara veriləcək", - Əhmədov qeyd edib.

Onun sözlərinə görə, 2016-cı ildə "Həzi Asalanov" stansiyasından "Yeni Günəşli" qəsəbəsinədək tunelin tikintisinin başa çatdırılması planlaşdırılır.

Sizin Reklam Yeriniz