Əlaqə Arxiv
news Image
2013.04.02
11:51
| A A A
Azərbaycanda həkimlərin işə qəbulu üzrə ikinci imtahan keçirilir

Azərbaycan Səhiyyə Nazirliyi bu gün həkimlərin işə qəbulu üçün ikinci mərkəzləşdirilmiş imtahan keçirir.

Nazirlikdən çərşənbə günü Movqe.az-a  verilən məlumata görə, imtahanda 40 nəfər namizəd iştirak edir.

İlk imtahan martın 28-də keçirilib. Həkimlərin işə qəbulu üçün imtahanda iştirak etmək məqsədilə sənəd vermiş 110 namizədin 70-i iştirak edib. Onların 66-sı imtahanda uğur əldə edərək növbəti mərhələyə buraxılıb. Ümumilikdə imtahanda iştirak edən həkimlər 27 ixtisas üzrə 100 vakansiya uğrunda mübariz aparırlar.

Müsabiqə iki mərhələli keçirilir. Müsabiqənin ilk mərhələsində - test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab veriblər. Həmin sualların 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olub. Test imtahanı nazirlik tərəfindən keçiriləcək. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Bu mərhələ də Səhiyyə Nazirliyinin işə qəbulla bağlı yaradılan 7 nəfərlik komissiyası tərəfindən həyata keçiriləcək.

Sizin Reklam Yeriniz