Əlaqə Arxiv
news Image
2013.04.03
16:34
| A A A
Bakıda özəl sərnişin daşıyıcılarının sayı pozuntulara görə ikiqat azalıb

Sərnişin daşınması qaydalarını pozan avtobus sürücüləri və daşıyıcalara qarşı ciddi tədbirlər görülür. Movqe.az-ın məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

Onun sözlərinə görə, avtobusların hərəkəti və sürücülərin müəyyən edilmiş qaydalara riayət etməsinə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən nəzarət edilir.

"Bütün qanun pozuntuları və məlumatlar təhlil edilir və qanunu pozanlara qarşı ciddi tədbirlər görülür", - Pənahov qeyd edib.

Nazir müavinin sözlərinə görə, bu, daşıyıcını marşrutdan çıxarmağadək olan ciddi tədbirlərdir, nəticədə Bakıda özəl daşıyıcıların sayı ikiqat azalıb.

"Fikrimcə, aparılan tədbirlər nəticəsində sərnişinlərə göstərilən xidmətlərin sayını getdikcə artıra bilərik", - Pənahov deyib.

Sizin Reklam Yeriniz