Əlaqə Arxiv
news Image
2013.04.03
16:36
| A A A
İlin sonuna kimi Bakıda bütün avtobuslar kart sisteminə keçəcək

Bakıda avtobusların kartla ödəmə sisteminə keçid prosesini 2013-cü ilin sonuna kimi yekunlaşdırmaq planılaşırılır. Movqe.az-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında Nəqiliyyat nazirinin müavini Musa Pənahov bildirib.

"Artıq bu ilin may ayından etibarən mərhələli şəkildə avtobuslarda kartla ödəmə sisteminə keçidə başlanılır",- Pənahov bildirib.

Onun sözlərinə görə, kartla ödəmə sisteminin tədbiqi sahəsində işlərin böyük hissəsi artıq görülüb və 10 gündən sonra avtobuslarda lazimı avadanlıqların quraşdırılmasına başlanılacaq, ödəmə sistemləri və bank mərkəzləri ilə əlaqə qurulacaq, ödəmə kartlarının yayılması, həm sürücülər, həm də sərnişinlər arasında maarifləndirmə işlərinə başlanılacaq.

"İlk növbədə, yeni ödəmə sistemi şəhərin mərkəzində, daha sonra isə şəhərətrafında və Bakının qəsəbələrində fəaliyyət göstərən avtobuslarda quraşdırılacaq.

Yeni sistem sərnişinlərə avtobuslarda ödəmələri yalnız xüsusi kartlarla deyil, həmçinin bank kartları ilə də etməyə imkan verəcək",- Pənahov qeyd edib.

Nazir müavini bildirib ki, kart sisteminin tədbiqi sürücülərin maaş sisteminə keçməsinə imkanı verəcək ki, bu da sərnişinlərə göstərilən xidmətin keyfiyyətində öz əksini tapacaq.

Sizin Reklam Yeriniz