Əlaqə Arxiv
news Image
2018.04.16
13:56
| A A A
3 nəfər birləşib bir maşını qaçırtdılar

DİN-dən Movqe.az-a verilən məlumata görə, "102 Zəng Mərkəzi" Xidmətinə müraciət edən Gəncə şəhər sakini R.Əliyev "VAZ-2106" markalı avtomobilinin gecə saatlarında şəhər ərazisindən qaçırıldığını bildirib.

Məlumatla əlaqədar Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobil Gülüstan qəsəbəsinin ərazisində tapılıb.                                                                                                             

Avtomobili qaçırmaqda şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Gəncə şəhər sakinləri Sərxan Mahmudov və əvvəllər məhkum olunmuşlar - Tural Rüstəmov və Məcid Sultanov olduqları müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

milli.az

Sizin Reklam Yeriniz