Əlaqə Arxiv
news Image
2018.04.16
15:35
| A A A
Qonşu ölkəyə 30 santimetr qar yağdı, yollar buz bağladı

İranın bəzi ərazilərinə güclü qar yağıb.

Movqe.az milli.az-a xəbər verir ki, aprelin 15-də gündüz saatlarından başlayan qar ölkənin Mazandaran, Tehran, Zəncan və Qəzvin ərazisində yağmaqda davam edir. Bəzi yerlərə hətta dolu və buz da yağıb.

Bəzi ərazilərdə qarın qalınlığı 30 santimetrə çatıb. Yolların bəziləri buzlayıb, avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bu səbəbdən də avtomobil yollarında böyük tıxaclar yaranıb. Yol polisləri sürücülərə avtomobillərin qış şinləri və əlavə hərəkət qurğularından istifadə etməyi məsləhət görüb.

Məlumata görə, güclü qarın yağması hələ də davam edir.
Sizin Reklam Yeriniz