news Image
2018.04.16
16:36
| A A A
380 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Bu ilin ilk 3 ayı ərzində 380 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Movqe.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində daxili işlər orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin ötən 3 ayı ərzində güclü təsiredici xüsusiyyətə malik olan, ümumi çəkisi 381 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 49 kiloqram heroin, 74 kiloqram tiryək, 249 kiloqram marixuana, 7,3 kiloqram həşiş və 2,3 kiloqram digər güclü təsiredici xüsusiyyətə malik narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu istiqamətdə tədbirlər qətiyyətlə davam etdirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs