news Image
2018.04.16
21:09
| A A A
Yerevanda gərginlik: polis gözyaşardıcı qazdan istifadə edib

Yerevanda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin verilməsinə qarşı etirazlar davam edir.

Movqe.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, Yerevanın mərkəzində aksiya iştirakçıları ilə polis əməkdaşları arasında qarşıdurma olub.

 

Qeyd olunur ki, polis parlament binasına doğru hərəkət etməyə çalışan etirazçıların qarşısını alarkən iğtişaş başlayıb.

Polis gözyaşardıcı qazdan istifadə etməli olub. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Müxalif millət vəkili Nikol Paşinyan da xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs