Əlaqə Arxiv
news Image
2018.04.16
22:40
| A A A
Bakı-Qazax yolunda avtobusla minik avtomobili toqquşub, xəsarət alan var

Bakı-Qazax avtomobil magistralında yol-nəqliyyat hadisə baş verib.

 

Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yolun Samux rayonu, Zazalı kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan “Mercedes” markalı sərnişin avtobusu ilə “Chevrolet” markalı minik avtomobilinin toqquşması nəticəsində minik maşınında olan sərnişin, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Həsənova Kəmalə Qara qızı xəsarət alıb.

 

O, xəstəxanaya yerləşdirilib.
 

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz