news Image
2018.04.17
13:36
| A A A
Enerji içkiləri cinsi zəiflik yarada bilər - FOTO

Enerji içkilərinin ziyanları barədə dəfələrlə məlumat verilib.

Movqe.az milli.az-a istinadla bildirir ki, enerji içkilərinin seksual həyatı gücləndirdiyi düşünülsə də, əksinə cinsi zəiflik yaradır.

Buna səbəb isə enerji içkilərinin tərkibindəki kofein və şəkər miqdarının çoxluğudur ( təxminən 16 çay qaşığı şəkər tozu ilə qarışdırılmış 2 stəkan kofe).

Digər önəmli səbəb isə metal qabın hazırlanmasında istifadə olunan BPA-nın (Bisfenol A maddəsinin qısaldılmış adı) çoxluğudur.

 

Bir çox plastik və metal qabların hazırlanmasında istifadə olunan Bisfonol A maddəsi bədəndə qadın hormonu olan estrogen-i artıra bilər. Kişilərdə bu hormonun artması testosteronun (kişilik hormonu) azalması ilə müşahidə edilir ki, bu da cinsi zəiflik yaradır.

Qeyd edək ki, 2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkiləri tamamilə satışdan çıxarılıb.