Əlaqə Arxiv
news Image
2018.04.17
16:45
| A A A
15 ildir "Volvo" ilə baş verən qəzalarda ölüm yoxdur

"Volvo XC90" modeli müstəqil laboratoriya "Thatcham Research" tərəfindən edilən testin nəticələrinə görə, ən təhlükəsiz nəqliyyat vasitəsidir. 15 il ərzində Böyük Britaniyada 50 mindən çox satılmış bu model indiyə qədər ölümcül bir qəzaya səbəb olmayıb. Movqe.az BBC-yə istinadən xəbər verir ki, "XC90"-a oxşar olan bir nəqliyyat vasitəsi isə "Audi Q7"-dir. Lakin bu model yalnız 2015 və 2016-cı illərdə satıldığı üçün bazarda sayı çox azdır. "Volvo"nun müvəffəqiyyətinin səbəbi odur ki, sürücünü yolda təhlükə barədə xəbərdar edən kamera və radar sistemi var. Belə ki, avtomobil digər nəqliyyat vasitəslərinə, maneyəyə çox yaxın olduqda bu sistem avtomobilləri avtomatik olaraq dayandırır. Avtomatik Əyləc Sistemi (AƏS) adlanan bu texnologiya toqquşma ehtimalını aşkarlamaq və sürücünü xəbərdar etmək üçün lazer, kameralar və ya radardan istifadə edir. Sürücü qərar vermədiyi təqdirdə avtomatik olaraq əyləcə basır. Bu gün AƏS-in əksəriyyəti nəqliyyat vasitənin ön hissəsində yerləşir və nəqliyyat vasitəsinin digər avtomobillərə arxadan toqquşmasının qarşısını alır.  Bu qəzalar isə ümumi qəzaların dörddə birini təşkil etsə də, ən ciddi xəsarətlərə səbəb olur. "Euro CAP" testlərinə görə də, AƏS bu qəzaları 38 faiz azaldır.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz