Əlaqə Arxiv
news Image
2018.04.19
21:30
| A A A
Gürcüstanda erkən nikahların yalnız azərbaycanlılar arasında yayılmadığı məlum olub

Gürcüstanda erkən nikahların yalnız ölkədə yaşayan azərbaycanlılar arasında yayılmadığı məlum olub. 

APA-nın yerli bürosunun məlumatına görə, bu, BMT-nin Əhali Fondunun Gürcüstan ofisinin apardığı araşdırmada əksini tapıb. Araşdırma nəticəsinə əsasən, erkən nikahlar əvvəllər düşünüldüyü kimi nə ənənə, nə də etnik qruplarla bağlıdır, bu cür hallar Tbilisi də daxil olmaqla bütün ölkə üzrə şəhər və kəndlərdə yayılıb.  
 
BMT-nin Əhali Fondunun Gürcüstan ofisinin rəhbəri Lela Bakradze bildirib ki, erkən nikahlarla bağlı təcrübə əsasən, bu halları təşviq edən və ölkədə yayılmış stereotip gender normalarından asılıdır. 

Qeyd edək ki, son illərdə Gürcüstanda erkən nikahların yalnız ölkədə yaşayan azərbaycanlılar arasında yayıldığı ilə bağlı fikir formalaşıb. Gürcüstan Ombudsmanının hesabatında göstərilib ki, 2017-ci ildə 75 yeniyetmə nikah səbəbindən təhsilini dayandırıb, 835 yeniyetmə isə valideyn olub. 

Sizin Reklam Yeriniz