Əlaqə Arxiv
news Image
2018.04.20
07:00
| A A A
Vətəndaşların maraq və rifahı daim diqqət mərkəzindədir
Adıgözəl Məmmədov: “Azərbaycanda intellektual potensialın yüksəlməsinə xüsusi diqqət yetirilir” Oqtay Sadıqzadə: “Ölkədə həyata keçiriləcək uğurlu islahatlar nəticəsində əhalinin maddi rifahı inkişaf etmiş Avropa ölkələri səviyyəsinə yüksələcək”

“Son 15 il ərzində sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir”. Bu sözləri Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib. Dövlət başçısı qeyd edib ki, maaşlar təxmini 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb: “Sosial-siyasət daim diqqət mərkəzindədir. Gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları və onun rifahı daim diqqət mərkəzində olacaq. Nəzərə alsaq ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaq”.

Ekspertlərin fikrincə, bu, ötən dövr ərzində həyata keçirilən islahatlar islahatların bundan sonra da davam edəcəyini deməyə əsas verir. Davamlı islahatlar isə Azərbaycana, onun inkişafına, xüsusən də vətəndaşların maddi rifahına müsbət təsir edəcək.
Politoloq Adıgözəl Məmmədov bildirdi ki, Azərbaycanda qeyri-neft sektoru prioritet istiqamətlərdən biri hesab olunur: “Bunu İlham Əliyevin hakimiyyəti dövründə müşahidə etdik. Proseslər göstərir ki, son illər neftin qiymətinin siyasi sifarişlə aşağı salınması xüsusən neftdən gəlir əldə edən dövlətlərə qarşı siyasətdir. Ona görə cənab Prezident neftin qiyməti düşməzdən əvvəl bildirmişdi ki, bütün diqqətimizi qeyri-neft sektoruna yönəltməliyik: “Azərbaycan iqtisadiyyatının əsas hissəsini qeyri-neft sektorundan gələn gəlirlər təşkil etməlidir”. 
Ötən illər ərzində bu istiqamətdə ciddi işlərin həyata keçirildiyini görürük. İlk növbədə dövlət müəssisələrinin özəlləşdirilməsini göstərə bilərik. Bundan başqa, kənd təssürafatına diqqət artıb. Bu isə urbanizasiyanın qarşısını alacaq. Söhbət tək Azərbaycan bazarından yox, böyük Rusiya bazarından gedir. Aqrar sahə inkişaf edərsə, hətta bizə əlavə aqrar işçi qüvvəsi lazım olacaq. Nəhayət, Azərbaycanda intellektual potensialın yüksəlməsinə xüsusi diqqət yetirilir. Artıq yeni mütərəqqi ali məkətəblər fəaliyyət göstərir”.
Digər politoloq Oqtay Sadıqzadə bildirdi ki, İlham Əliyevin qələbəsindən sonra ölkədə yüksək əhval-ruhiyyə yaşanır: “Əminəm ki, ölkədə həyata keçiriləcək uğurlu islahatlar nəticəsində əhalinin maddi rifahı inkişaf etmiş Avropa ölkələri səviyyəsinə yüksələcək. Bu baxımdan Azərbaycan xalqı cənab Prezident İlham Əliyevə inanır. 
Əminik ki, belə bir dəstək nəticəsində yalnız sosial-iqtisadi hədəflər deyil, həm də dövlət idarəetmə, daxili və xarici siyasət, ekologiya, səhiyyə, təhsil və ən əsası, Dağlıq Qarabağ probleminin ərazi bütövlüyü çərçivəsi həllinə müsbət təsir göstərəcək. Bu dinamik inkişaf məqsədyönlü islahatlar nəticəsində reallaşacaq. Yeni, müasir idarəçilik üsulları ilə idarəçiliyi həyata keçirən şəxslərin ayrı-ayır vəzifələrə gəlməsində böyük uğur var. Gündəlik əməli fəaliyyətimizi də bu istiqamətdə qurmalıyıq. Bunu hər birimiz özümüzə borc bilməliyik”. 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz