Əlaqə Arxiv
news Image
2018.04.20
13:15
| A A A
SON DƏQİQƏ! Berlində 10 min nəfər təxliyə olunur - NİYƏ?

Almaniyanın paytaxtı Berlində İkinci dünya müharibəsi dövründən qalma aviasiya bombasının tapılması ilə əlaqədar təxliyə işləri aparılır.

Movqe.az-ın məlumatına görə, bombanın tapıldığı ərazidən 800 metr radiusda bütün binalar boşaldılır. Ümumilikdə 10 min nəfərin təxliyəsi gözlənilir.

500 kiloqram çəkisi olan bomba dəmiryol vağzalı yaxınlığında tikinti işlər aparılarkən tapılıb.

 

Bombanın zərərsizləşdirilməsi prosesi davam edənə qədər qatarlar həmin vağzaldan dayanmadan keçəcək.

Qeyd edək ki, İkinci düna müharibəsinin sonlarında Almaniyanın müxtəlif şəhərlərinə 2 milyondan çox bomba atılıb. Onlardan 20 faizdən çoxu partlamayıb.

Trend

Sizin Reklam Yeriniz