Əlaqə Arxiv
news Image
2018.04.23
17:35
| A A A
Bakıda ilk 3 ayda 52 nəfər yol qəzalarının qurbanı olub

Bakıda ilin ilk 3 ayı ərzində yol-nəqliyyat hadisələri zamanı 52 nəfər ölüb.

Movqe.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

 

Paytaxt ərazisində baş vermiş 135 (140) yol-nəqliyyat hadisəsində 52 (45) nəfər həlak olub, 108 (133) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 3,6%, xəsarət alanların sayı isə 18,8% azalsa da, həlak olanların sayı 15,6% artıb.

Sizin Reklam Yeriniz