Əlaqə Arxiv
news Image
2018.04.23
18:03
| A A A
Səbaildə əhalinin pulsuz göz müayinələri aksiyası keçirilib

Görkəmli oftalmoloq, Tibb Elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar Səbail rayondakı ən müasir tibb müəssisələrindən olan «Dünyagöz» Göz Klinikasının təşəbbüsü və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun 20-ci yaşayış sahəsində şəhid ailələri, müharıbə veteranları və əlilləri, məcburi köçkünlər və imkansız ailələrin nümayəndələri üçün pulsuz göz müayinələrinin keçirilməsi ilə bağlı aksiya keçirilmişdir.

Klinikanın səyyar laboratoriyası 20-ci sahəyə gələrək sakinlərin müayinəsini keçirmişlər. Gün ərzində və eləcə də sabah rayon sakinləri peşəkar oftalmoloqlar tərəfindən pulsuz müayinələrdən keçərəklazımı məsləhətlər almışlar. Ehtiyac yarandıqda isə vətəndaşlar stasionar müalicəyə cəlb olunacaqlar. 

Qeyd olunmuşdur ki, təşkilatçılar tərəfindən bu xeyirxaq aksiya cari il ərzində bir neçə dəfə təkrar keçiriləcəkdir.  

Sakinlər bu xeyirhaq aksiyanın keçirilməsindən çox razı qaldıqlarını bildirmiş, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın yubileyinə həsr olunmuş bu aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.

Sizin Reklam Yeriniz