Əlaqə Arxiv
news Image
2018.04.25
11:12
| A A A
“Formula-1”lə əlaqədar Bakının bəzi məktəblərində dərslər təxirə salınıb

“Formula-1 Azərbaycan Qran Pri”si ilə bağlı  yarışı” Bakı şəhərinin mərkəzində yerləşən məktəblərdə ibdidai siniflərin yaz tətili və 5-11-ci siniflərin dərs günlərində dəyişiklik edilib.

Movqe.az apa-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyindən bildirilib ki, həmin ərazisində yerləşən T. İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1-5 may 2018-ci il tarixli yaz tətilinin 24-30 aprel 2018-ci il tarixinə keçirilməsi, 5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.

 

Qeyd edək ki, yarışlarla əlaqədar bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb. Dərs qrafikində dəyişiklik edilən məktəblər yarışların hərəkət sxeminə aiddir.

Sizin Reklam Yeriniz