Əlaqə Arxiv
news Image
2013.04.05
11:54
| A A A
Ümumdünya Səhiyyə Təşkilatı insanları duz qəbulunu azaltmağa çağırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 7 aprel- Ümumdünya Səhiyyə Günü ilə əlaqədar insanları duz qəbulunu azaltmağa çağırıb. ÜST-nin Azərbaycandakı nümayəndəliyindən Movqe.az-a  verilən məlumata görə, duz qəbulunun azaldılması yüksək arterial təzyiq və insultun qarşısının alınmasıdır. Məlumatda qeyd edilir ki, hər il aprelin 7-də 1948-ci ildə yaradılmış ÜST-ün fəaliyyətinin ildönümünü qeyd edilir və bu gün ictimai səhiyyənin əsas probleminə həsr edilir. 2013-cü ilin mövzusu da yüksək arterial təzyiqdir. Yüksək arterial təzyiq əksər insanlarda gizli keçir, çünki bu xəstəlik heç də həmişə özünü simptomlarla büruzə vermir. Bu xəstəlik dünyada böyüklər arasında hər üç nəfərdən birində rast gəlinir və ürəyin işemik xəstəliyi, eləcə də işemik və hemorragik insultlar üçün əsas risk amili hesab edilir. Bu patologiyanın 7,5 milyon insanın ölümə səbəb olduğu təxmin edilib ki, bu rəqəm də dünyada bütün ölüm səbəblərinin 12,8 faizini təşkil edir. Bundan əlavə, yüksək arterial təzyiq yaşamaq müddəti nəzərə alınmaqla 57 milyon əlillik hadisəsinə və ya ümumi əlillik hadisələrinin 3,7 faizinə səbəb olur. Dünya miqyasında, nəzarət edilməyən hipertenziyadan əziyyət çəkən xəstələrin sayı 1980-ci ildə 600 milyondan 2008-ci ildə 1 milyardadək artıb. 25 yaşdan yuxarı böyüklər arasında hipertenziyanın rast gəlmə tezliyi 2008-ci ildə dünya üzrə 40 faiz təşkil edib. Daxilə duz qəbulunun azaldılması hipertenziyanın, nəticədə isə insult, eləcə də ürək və böyrək patologiyaları riskinin azaldılmasının ən asan üsullarından biridir. Duz qəbulunun sutkada 5 qr-dan aşağı (1 çay qaşığına ekvivalent) miqdaradək azaldılması insult riskini 23 faiz, ürək-damar xəstəlikləri üzrə ümumi göstəricini isə 17 faiz azaldır. Avropa regionunda əksər insanların gündəlik duz qəbulu 8-11 qramdır ki, bu da ÜST-ün tövsiyə etdiyi göstəricidən xeyli yüksəkdir. Avropa İttifaqında daxilə qəbul edilən duzun 80 faizi pendir, çörək və hazır yeməklər kimi emal edilmiş qidalardan alınır. Bir çox insanlar özlərinin bildiklərindən dəfələrlə artıq duz qəbul edirlər ki, bu da onların arterial təzyiqinə və ürək-damar sisteminin ümumi sağlamlığına mənfi təsirlərə gətirib çıxarır.

"Daxilə duz qəbulunun azaldılması hipertenziyanın iqtisadi zərərlərinin qarşısının nəzərəçarpacaq dərəcədə alınması üçün maliyyə cəhətdən ən əlverişli çıxış yollarından biridir. Daxilə duz qəbulunun istənilən şəkildə azaldılması faydalı olduğu halda, bir çox ölkələrdə yemək masası üzərinə duz qoyulması insanları ən az narahat edən məqamlardandır. Məhz çörək və ət məhsulları kimi ərzaqların içərisinə inqrediyent olaraq qoyulmuş duz orqanizmin tarazlığını pozan əsas amildir. Etiketləmə düzgün aparılmadıqda və istehlakçı aldığı məhsulun duz tərkibini yoxlamadıqda, bu inqrediyentin nəzərdən qaçırılması çox asandır" - ÜST-ün Avropa üzrə regional direktoru Jujanna Jakab bildirib.

Sizin Reklam Yeriniz