Əlaqə Arxiv
news Image
2018.04.26
12:49
| A A A
Sürücülərin nəzərinə! Bu gün və sabah bu prospekt də bağlı olacaq

Paytaxtın Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır.

Bu barədə Movqe.az-a  "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

 

O, bildirib ki, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə əsas yol boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 26-dan 27-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq. Məhdudlaşdırma səhər saatlarınadək bir-neçə saatlıq qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan saatlarda alternativ olaraq prospektin yan yollarından istifadə etmələri xahiş olunur.

 

Sizin Reklam Yeriniz