Əlaqə Arxiv
news Image
2018.04.26
15:55
| A A A
ADA-nun daha 30 tələbəsi sürücülük vəsiqəsi alıb

Azərbaycan Dövlət Aqrar Universitetin Mühəndislik fakültəsinin nəzdində xeyli vaxtdır traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük kursları fəaliyyət göstərir. Kursu bitirən və sertifikat alan tələbələr müvafiq qaydada testdən keçir sürücülük vəsiqəsi alırlar.  Kursu bitirən daha 30 tələbə Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətin   "Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək” üçün “T”, “TK”, “TT”, “H” kateqoriyaları üzrə onlayn sürücülük testindən keçib.  Test prosesi ADAU-nun Sürücülük kursu və İnformasiya texnologiyaları, elektron qeydiyyat şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib. Testdən  əvvəl ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov yaradılan kursun əhəmiyyətindən danışbı və tələbələrə uğurlar arzulayıb. 

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə hər iştirakçıya 10 test sualı təqdim edilib. Testin nəticələri ilə test iştirakçıları dərhal monitorda əks olunan məlumatlar vasitəsi məlumatlandırılıb. Tələblərə uyğun minimum 9 sualı düzgün cavablandıranlar testi uğurla keçmiş hesab olunublar.  Məlumatda göstərilib ki, sürücülük hazırlığı kursu üzrə 60 nəfər tələbə iki ay müddətində tədris prosesi keçib, 38 nəfər təhsil müəssisəsi tərəfindən sertifikat alıb.  Test imtahanından uğurla keçən 30 iştirakçı müvəffəq qiymət alaraq sürücülük vəsiqəsi qazanıblar. Onlardan 2 nəfər müəllim, 2 nəfər texniki işçi və 26 nəfər tələbə olub.

ƏLİHÜSEYN  ŞÜKÜROV



Sizin Reklam Yeriniz