Əlaqə Arxiv
news Image
2018.04.26
18:00
| A A A
Bilik Fondu Tbilisidə Beynəlxalq Konfrans keçirdi

Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu vəTbilisi şəhərindəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı,Azərbaycanın Gürcüstandakı səfirliyinin və Gürcüstan Milli Elmlər Akademiyasının dəstəyi ilə Tbilisidə“Soyqırım hadisələri müasir elmi araşdırmalarda"mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

Tədbirdən əvvəl konfrans iştirakçıları Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu öndərin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.

Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən konfransda Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Dursun Həsənov, Türkiyə Respublikasının Gürcüstandakı səfiri Fatma CerenYazgan, Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti akademik Georgi Kvasitadze, Çeçenistanın Yazıçılar İttifaqının sədri Kanta İbraqimov, hər iki ölkənin tanınmış tarixçi-alimləri, mütəxəssislər, media və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Muzeyin direktoru Leyla Əliyeva iştirakçıları salamlayaraq, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyalar barədə məlumat verib. 

Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov ölkə başçısının soyqırımla bağlı imzaladığı Sərəncamı xatırladaraq, 100 il əvvəl – 1918-ci ilin mart-aprel aylarında Azərbaycan xalqının başına gətirilən dəhşətli faciə haqqında danışıb, səfir bildirib ki, Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Erməni millətçiləri Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə də kütləvi qətllər, talanlar törədiblər.Konfransda tarixçi alimlərin səsləndirdikləri fikirlərin gələcək obyektiv araşdırmalara təkan olacağını vurğulayıb. 

Bilik Fondunun sektor müdiri Xatirə Hüseynovaicraçı direktor Oktay Səmədovun konfrans iştirakçılarına ünvanlandığı məktubu səsləndirib. 

Məktubda deyilir ki, Beynəlxalq Elmi Konfransın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində Tbilisi şəhərində gerçəkləşməsi heç də təsadüfi deyil. 1918-ci il mayın 26-da ZaqafqaziyaSeyminin sonuncu iclasından sonra gürcü nümayəndələri Seymdən çıxıb öz müstəqilliklərini elan etdilər. İki gün sonra, mayın 28-də Tbilisi şəhərində fəaliyyət göstərən Qafqaz canişininin binasında Azərbaycan Xalq Cümhuriyyətinin qurulması haqqında Bəyannamə qəbul olundu. Bu tarixi hadisələr hər iki xalqın dövlətçilik yolunda mühüm mərhələ kimi ölkələrimizinmüasir inkişaf səviyyəsinin təkanverici qüvvəsinə çevrildi". 

Türkiyə Respublikasının Gürcüstandakı səfiri Fatma Ceren çıxışında 20-ci əsrin əvvələrindəazərbaycanlılara qarşı həyata keçirilən soyqırımhadisələri tarixinin dərindən öyrənilməsinə, indiki və gələcək nəslin nümayəndələrinə daha dolğun və ətraflı çatdırılmasına ehtiyac olduğunu deyib, bu istiqamətdəüç ölkə alimlərinin, siyasətçilərinin birgə fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb. 

Gürcüstan Milli Elmlər Akademiyasının Prezidenti akademik Georgi Kvasitadze azərbaycanlı alimləri Gürcüstanda salamlamaqdan məmnun olduğunu deyib. Akademik tarixi həqiqətlərin tanıdılmasına xidmət edən konfransın real nəticələr verəcəyini bildirib. 

Çeçenistanın Yazıçılar İttifaqının sədri Kantaİbraqimov azərbaycanlıların sülhpərvər xalq olduğunu qeyd edərək, tolerant topluma qarşı onun qonşuları tərəfindən aqressivlik nümayiş etdirilməsininyolverilməz olduğunu və haqqın qalib gələcəyinəinandığını vurğulayıb. 

Sonra Gürcüstanın Milli Müdafiə Akademiyasının Baş Qərargah ştabı baş instruktoru, tarix elmləri doktoru, akademik Şadiman Bidzadze "Soyqırımhadisələri - 1918-1920-ci il", Bakı Dövlət Universiteti Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev "1918-ci ildə azərbaycanlıların soyqırımnın səbəbləri", Tarixçi alim, yazıçı, professor Badri Qoquadze"Azərbaycanlıların soyqırımının 100-cü ildönümü",Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov "Bakı və Gəncə quberniyalarında azərbaycanlıların soyqırımı",Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin birinci katibi Fəxri Hacıyev"Azərbaycanlıların soyqırımı gürcü mənbələrində",Gürcüstan-Azərbaycan Dostluq Fondunun icraçı direktoru Simon Kopadze "1918-ci il azərbaycanlıların soyqırım", Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dosenti Sevinc Əliyeva, "Soyqırımhadisələri mətbuatda", "Art Paralel" Televiziya şirkətinin sədri Tenqiz Txilava "Soyqırımın 100-cü ildönümü" Gürcüstan Respublikası Sadaxlı kənd orta məktəbinin direktoru Adil Şərifov "Gürcüstan azərbaycanlıları 1918-ci il soyqırımının kədərini bölüşürlər", Gürcüstan Müharibə Veteranları Cəmiyyətinin sədri Qəhrəman Musayev"Azərbaycanlıların soyqırımı etnik müstəvidə", Bilik Fondunun sektor müdiri Hacı Abdulla "Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis dövrü fəaliyyəti" mövzularında soyqırım dəhşətlərini açıqlayan faktlarla zəngin məruzələrlə çıxış ediblər.

Müzakirələrdən sonra Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə və konfransın qonaqlarına soyqırım həqiqətlərini, Azərbaycanın tarixini, mədəniyyətini özündə əks etdirən elmi-kütləvi ədəbiyyat nümunələri hədiyyə edilib.

Sizin Reklam Yeriniz