Əlaqə Arxiv
news Image
2013.04.05
13:15
| A A A
Sürüşmə zonaları nəzarətdədir
"Masazırda baş verən sürüşmə ilə əlaqədar nazirliyin geologiya xidmətinin xüsusi ekspedisiyası mütəmadi işlər aparır, hər həftə bülletenlər hazırlanır".
Bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Nazir bildirib ki, yalnız Masazırda deyil, ölkənin digər bölgələrində texnogen və antropogen səbəblərdən baş verən sürüşmə sahələri və təhlükəli ərazilər daima nəzarət altında saxlanılır.Onun sözlərinə görə, Masazırda təpənin, yüksəkliyin üstündə evlər yamaca qədər tikilib. ərazidə kanalizasiya sistemi yoxdur: "Ərazidə vəziyyətin qarşısını ala biləcək tədbirlərin görülməməsi istənilən yerdə, xüsusilə yamacların kənarında evlərin tikilməsi belə hallara gətirib çıxarır. Bu da sürüşmələrin baş verməsində antropogen faktları genişləndirir. Bunların qarşını almaq üçün yerlərdə ev tikilən zaman mütləq ərazinin geoloji ekspertizadan keçirilməsi vacibdir. Bu gələcəkdə belə halların baş verməsinin səbəb olur".

 
Sizin Reklam Yeriniz