news Image
2018.11.10
13:00
| A A A
Bədəninizə batan paslı mismar ölüm səbəbiniz ola bilər

Vücudunuza batan adi paslı mismar qorxunc xəstəlik yarada bilər.  
 
Movqe.az medicina.az-a istinadən bildirir ki, keçmiş zamanlarda  yalancı gumma adlandırılan xəstəlik daha çox yayılmışdı. Toksik infeksion xəstəliklərinə aid edilir.
 
Bu mikrob çox təhlükəlidir və istənilən məkanda yaşaya bilir. Törətdiyi xəstəliyin müasir adi tetanoz olaraq bilinir. Bədəndə  balaca bir yaradan və kəsiklərdən içəri daxil olduqdan sonra sinir sistemə yayılır  və aparılan müalicələrə baxmayaraq 10 xəstənin 6-nın ölüm səbəbi olur.
 
Bəs ayağınıza və ya bədənizin hər hansı bir yerinə paslı mismar və ya dəmir batan zaman nə edilməlidir?

İlk öncə yaranı yumaq və təmiz bir ısarğı və ya bint ilə örtmək lazımdır. Daha sonra təcili həkimə müraciət etmək lazımdır. Sizə dərhal tetanoz antitoksini,tetanoz iynəsi ,yanaşı olaraq antibiotik və dəstək müalicəsi  olunmalıdır.  Peyvəndin əks təsirləri də olduğu üçün bunların hamısını dəyərləndirmək və peyvənd vurulub vurulmamasına qərar vermək lazımdır.