news Image
2012.04.29
14:17
| A A A
İnsanı ağıllı edən gen tapıldı
ABŞ-ın Los-Anceles şəhərindəki Kaliforniya Universitetinin alimləri insanı başqaları ilə müqayisədə daha ağıllı edən geni aşkarlayıblar

"Scientist" bildirir ki, nevroloq Pol Tompsonun fikrincə, bu genin variantlarından biri insanı daha ağıllı etsə də, intellektual üstünlüyü müəyyənləşdirən yeganə amil deyil.

HMGA2 geninin vraiasiyalarını alimlər tamamilə təsadüfən, beyin xəstəliklərinin genetik səbəblərini araşdırarkən tapıblar. Məlum olub ki, HMGA2 geninin müəyyən kimyəvi strukturu olanda insanlar başqaları ilə müqayisədə daha ağıllı olurlar.

"Bu, çox qəribə nəticədir və siz hər şeyin belə sadə olduğuna inanmaya bilərsiniz. Doğrudan da, genetik koddakı kiçik dəyişikliklərin insanlar arasında intellektual fərqlərə səbəb olması maraqlıdır", - Tompson deyib.

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs